Pompeo növbəti dəfə İranı təhdid etdi: "İnqilab Keşikçilərinin sonuna çıxmadan..."
Bizi izləyin

ABŞ

Pompeo növbəti dəfə İranı təhdid etdi: "İnqilab Keşikçilərinin sonuna çıxmadan..."

“İnqilab Keşikçiləri zəifləmədən Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək mümkün deyil”.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Pompeo ölkəsinin İnqilab Keşikçilərini xarici terror təşkilatları siyahısına salması qərarını müdafiə edib:
“İran İnqilab Keşikçiləri terrorçu təşkilatdır və biz bunu müəyyən etmiş olduq. Dünyanın hər tərəfində olan hər bir Amerika əsgərini qoruduğumuzdan əmin olmaq üçün hər zaman əlimizdən gələni edirik”.

İnqilab Keşikçilərinin 600-dən çox amerikalı əsgəri öldürdüyünü xatırladan baş katib ABŞ-ın bu qərarının bölgədəki əsgərlərlə diplomatların işini çətinləşdirəcəyi məsələsinə pozitiv münasibət bildirib: “Artırılmış təzyiqin daha çox amerikalının həyatını xilas edəcəyinə və bütün Yaxın Şərqdə daha stabil, daha sülhpərvər və daha təhlükəsiz bir şərait yaradacağına güvənirik”.

Pompeo İnqilab Keşikçilərinin kənarda fəaliyət göstərən qolu olan Qüds Qüvvələrinin komandiri Qasım Süleymanini açıq şəkildə “terrorçu” adlandırıb.

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Bundan sonra İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasına Yaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etməyi təklif edib. İranın xarici siyasət idarəsi bildirib ki, ABŞ Yaxın Şərqdə terror qruplaşmalarını dəstəkləyir və özləri terror əməliyyatlarında iştirak edirlər.

Qərarın bir həftə ərzində qüvvəyə minməsi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm