ABŞ “Su-35”-lərə görə Misiri sanksiyalarla hədələdi
Bizi izləyin

ABŞ

ABŞ “Su-35”-lərə görə Misiri sanksiyalarla hədələdi

Rusiya istehsalı “Su-35” təyyarələrinin alınması ilə əlaqədar Misirə qarşı sanksiyalar tətbiq ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ Çin, Hindistan və Türkiyənin də belə hərəkətlərini izləyir.

Xatırladaq ki, martda “Kommersant” qəzetinin müdafiə sənayesinin iki top-menecerinə istinadən yazdığına görə, Misir Rusya ilə iki milyard dollar dəyərində “Su-35” qırıcılarının alınmasına dair müqavilə imzalayıb. İnformasiyaya əsasən, söhbət təxminən 20 qırıcıdan gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm