ABŞ-dan Türkiyəyə yeni SANKSİYA DALĞASI: Bütün vətəndaşları...
Bizi izləyin

ABŞ

ABŞ-dan Türkiyəyə yeni SANKSİYA DALĞASI: Bütün vətəndaşları...

ABŞ Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bununla bağlı Konqresə “ABŞ vətəndaşlarını və diplomatik missiyasını həyata keçirənləri siyasi qarşıdurmalardan qoruma layihəsi 2019” adlı qanun layihəsi təqdim edilib.

Layihədə Türkiyədəki ABŞ vətəndaşlarının və ABŞ-ın diplomatik missiyasını həyata keçirən türklərin həbs olunmasında məsuliyyət daşıyan ali səlahiyyətli şəxslərə sanksiya tətbiq olunması, bu şəxslərin ABŞ-a girişinin qadağan edilməsi, mülkərinin dondurulması ilə bağlı məsələlər öz əksini tapıb.

Qanun respublikaçı senator Rocer Uiker və demokratçı Ben Kardin tərəfindən ABŞ Konqresində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası kimi tanınan Helsinki Komissiyasına təqdim edilib.

Layihədə həmçinin, Türkiyədə minlərlə insanın siyasi səbəblərdən dolayı haqsız yerə azadlıqdan məhrum edildiyi qeyd olunub.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-ın Türkiyədəki diplomatik missiyasını həyata keçirən şəxslərin həbs edilməsindən sonra iki ölkə arasında siyasi böhran baş qaldırmış və Vaşinqton ilə Ankara qarşılıqlı olaraq viza tətbiqini ləğv etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm