ABŞ Konqresindən Türkiyəyə qarşı XAİN ADDIM: qondarma erməni soyqırımı...
Bizi izləyin

ABŞ

ABŞ Konqresindən Türkiyəyə qarşı XAİN ADDIM: qondarma erməni soyqırımı...

1915-ci ildə yaşanan hadisələrin “erməni soyqırımı” kimi tanınması ilə bağlı ABŞ Konqresinə qərar layihəsi təqdim edilib.

Publika.az xəbər verir ki, layihə Nümayəndələr Palatası və Senata eyni zamanda təqdim olunub.

Nümayəndələr Palatasına verilən qərar layihəsi Kəşfiyyat Komitəsi sədri və Kaliforniya senatoru Adam Şiff tərəfindən hazırlanıb. Burada Konqresin iki qanadının erməni soyqırımını tanıma və anmağı ABŞ-ın siyasəti olaraq ifadə edilib. Senata verilən layihənin müəllifləri isə Nyu Cersi senatoru Bob Menendez və Texas senatoru Ted Kruzdur.

Konqresin hər iki qanadına təqdim olunan layihənin mətninin eyni olması diqqət çəkib.

Qeyd edək ki, ABŞ Konqresində layihələr qanun və qərar olmaqla, iki şəkildə təqdim olunur. Qanun layihələri Konqresin hər iki qanadında təsdiq olunduqdan sonra ABŞ prezidentinin imzası ilə qüvvəyə minir. Qərar layihələrinin isə qanuni hökmü olmur, Konqresin bu məsələdəki mövqeyini əks etdirir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm