Tramp "sevgisini" İNKAR ETDİ: "Bu haqda heç bir şey bilmirəm"
Bizi izləyin

ABŞ

Tramp "sevgisini" İNKAR ETDİ: "Bu haqda heç bir şey bilmirəm"

ABŞ prezidenti Donald Trampın “Wikileaks” saytının qurucusu Culian Assanjın həbsi ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, mətbuat konfransında bir jurnalist prezidentə 2016-cı ilə dediyi “Wikileaks”ə aşiqəm” sözlərini xatırladıb və ardınca saytın qurucusunun Londonda həbs edildiyini deyib.

Tramp isə cavabında “Wikileaks” haqqında heç bir şey bilmirəm. Bu, mənim işim deyil. Lakin Assanj ilə bağlı görüləcək işlərin olduğunu bilirəm. Bununla ədliyyə nazirimiz Uilyam Barr məşğul olacaq” deyib.

“Wikileaks” və 2016-cı il prezident seçkiləri

“WikiLeaks” 2016-cı ildə ABŞ-da baş tutan prezident seçkilərindən öncə Demokratlar Partiyasına aid 20 min ədəd elektron məktubu yayımlamışdı. Assanj bu sənədləri ictimaiyyətlə bölüşməklə ABŞ-ın prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunurdu.

Bundan başqa,WikiLeaks”in sahibi Hillari Klintonun komandasının Demokratlar Partiyasının Vermont senatoru Bernie Sandersin namizəd olmaması üçün müxtəlif təxribatlara qarışdığına dair mesajları da paylaşmışdı. Sızdırılan sənədlər arasında Klintonun Xarici İşlər Nazirliyindən ayrıldıqdan sonra “Wall Street” şirkətinə müəyyən məbləğ qarşılığında verdiyi açıqlamaların mətnləri də yer almışdı.

ABŞ prezidenti Donald Trampın seçki kampaniyası dövründə məsləhətçisi kimi çalışan və Rusiya istintaqı çərçivəsində yanvar ayında həbs edilən Rocer Ston haqqında hazırlanan cinayət işində də “Wikileaks”in adı keçir. Belə ki, Trampın seçkilərdəki rəqibi Klintonun kampaniya rəhbəri Con Podestanın rus hakerlər tərəfindən ələ keçirilən elektron məktubları “Wikileaks”də yayımlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm