ABŞ Rusiyanı “ikiüzlü” adlandırdı
Bizi izləyin

ABŞ

ABŞ Rusiyanı “ikiüzlü” adlandırdı

ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo Venesuelanın daxili işlərinə qarışmamaq haqqında Rusiyanın çağırışlarını “ikiüzlülük” adlandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pompeo bu haqda Çilidə ABŞ-ın Latın Amerika ölkələri barəsində siyasətindən danışarkən deyib.

Pompeonun sözlərinə görə, “maliyyə müdaxilələri” Rusiyaya və Çinə ölkənin dağıdılmasına imkan yaradır. Bundan başqa, o, Venesuelada Rusiya hərbçilərinin olmasını açıq təxribat adlandırıb.

“Biz icazə verməməliyik ki, Rusiya bu ölkədə təhlükəli vəziyyəti kəskinləşdirsin”, - Dövlət Departamentinin başçısı bildirib.

ABŞ-ın dövlət katibi həmçinin, Moskvanı Kuba və Nikaraquadakı rejimlərlə çoxdankı əlaqələrdə ittiham edib. Onun fikrincə, Rusiya bu ölkələrə silah satır və təbliğatın bütün növlərini yayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm