• USD 1,7000 0,00% EUR 1,8816 -0,13%
    • GBP 2,0788 +0,89% RUB 0,0259 +0,39%

Tramp bunu İLK DƏFƏ ETDİ: Ərdoğanın kürəkəni ilə görüşdü və S-400 kompleksləri... - FOTO

  • ABŞ
  • 16 Aprel 2019 10:15
  • 999 Baxış
Tramp bunu İLK DƏFƏ ETDİ: Ərdoğanın kürəkəni ilə görüşdü və S-400 kompleksləri... - FOTO

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və G20 zirvələri üçün Vaşinqtonda səfərdə olan Türkiyənin maliyyə naziri Berat Albayrakla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə ABŞ-ın maliyyə naziri Stiven Munç və prezidentin məsləhətçisi Cerard Kuşner də iştirak edib.

Toplantı barədə tvitter hesabından informasiya verən Albayrak “cənab prezidentə mesajlarımızı çatdırdıq. Onlardan pozitiv reaksiyalar aldıq. Lazımi mesajları Türkiyəyə geri qayındanda prezidentiimizə çatdıracağıq. Ərdoğanın ismarışlarını da Trampa çatdırdıq. S-400 tələbatı məsələsinə məqbul münasibət göstərdi” sözlərini yazıb.

Qeyd edək ki, bu toplantı Donald Trampın bir nazirlə baş-başa keçirdiyi ilk görüş olub.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR