• USD 1,7000 0,00% EUR 1,8846 -0,16%
    • GBP 2,0621 +0,30% RUB 0,0254 -1,18%

Rusiya və Çin qorxusu ABŞ-a BUNU ETDİRDİ: 2024-cü ilə kimi...

  • ABŞ
  • 18 Aprel 2019 08:16
  • 1 412 Baxış
Rusiya və Çin qorxusu ABŞ-a BUNU ETDİRDİ: 2024-cü ilə kimi...

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Rusiya və Çinlə mübarizə üçün 2024-cü ilə kimi avtomatlaşdırılan gəmilərin tətbiqi hesabına donanmasının tərkibini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “National Interest” nəşri yazıb.

Xüsusi halda, qeyd edilir ki, ABŞ 10 böyük pilotsuz suüstü gəmi və 9 böyük avtomatlaşdırılan sualtı gəminin alınmasına 4 milyard dollar xərcləmək niyyətindədir. Nəşr yazır ki, bu qərara səbəb ABŞ Hərbi-Dəniz Qüvvələrinin yüksək vəzifəli rəsmilərinin Rusiya və Çinlə bağlı qorxularıdır. Onların fikrincə, yüzlərlə dənizçinin xidmət apardığı böyük Amerika gəmiləri Rusiya və Çin raketləri qarşısında çox zəifdir.

Güman edilir ki, xərclər Birləşmiş Ştatların silahlı qüvvələrinin strukturunun qiymətləndirməsindən sonra əhəmiyyətli dərəcədə arta bilər.

Amerika ordusunun kontr-admiralı Rendi Krayts nəşrə danışıb ki, yeni avtomatlaşdırılan gəmilər həm aşkaretmə, həm də hücum kimi funksiyaları yerinə yetirəcək.

Bundan başqa, nəşr əlavə edib ki, ABŞ pilotsuz gəmilər və sualtı qayıqlardan ibarət donanmanın idarə mərkəzi kimi istifadə olunacaq yeni raket freqatını hazırlayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR