• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Demokrat konqresmen Trampı impiçment etməyə çağırdı

  • ABŞ
  • 25 Aprel 2019 08:15
Demokrat konqresmen Trampı impiçment etməyə çağırdı

ABŞ prezidenti Donald Trampı impiçment etmək lazımdır.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, belə çağırışla Konqresin Demokratlar Partiyasından olan üzvü Maksin Uoters tvitter səhifəsində çıxış edib.

Ona edilən müraciətlərin 90 faizinin Trampın impiçmentinə dəstəklə bağlı olduğunu deyən konqresmen qeyd edib ki, hazırda demokratlar arasında Hüquq komitəsinin təşəbbüs etməli və öyrənməli olduğu impiçment haqqında qətnamə ilə bağlı fikir ayrılıqları var.

Qeyd edək ki, ABŞ tarixində impiçmentin proseduru üç prezidentlə bağlı işə salınıb: 150 il əvvəl – 1868-ci iildə Endrü Conson, 1974-cü ildə Riçard Nikson və 1998-ci ildə Bill Klinton. Conson və Klinton Senatda bəraət qazandığı halda, Niksonla bağlı səsvermə olmayıb, çünki özü istefa verib.

Donald Trampın vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani ötən ilin avqustunda “Sky News” telekanalına müsahibəsində bildirmişdi ki, Ağ Evin başçısı impiçment nəticəsində vəzifədən kənarlaşdırılarsa, ABŞ-da üsyan baş verə bilər. Onun sözlərinə görə, ABŞ-ın qüvvədə olan prezidentini dəyişmək yalnız siyasi motivlər üzrə olar və bu halda Amerika xalqı üsyan təşkil edəcək.

Daha əvvəl isə Donald Tramp ona qarşı impiçment elan edəcəkləri halda, maliyyə bazarlarının çökəcəyi barədə xəbərdarlıq etmişdi.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR