Trampdan nüvə silahı ilə bağlı SENSASİON BƏYANAT: Çin və Rusiya...
Bizi izləyin

ABŞ

Trampdan nüvə silahı ilə bağlı SENSASİON BƏYANAT: Çin və Rusiya...

ABŞ, Rusiya və Çin nüvə silahından imtina etməlidir.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

“Biz nüvə silahından qurtulmaq istəyirik, biz hamımız buna məcburuq. Rusiya ondan qurtulmalıdır, Çin ondan qurtulmalıdır”, - Tramp deyib.

Daha əvvəl prezident administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı bildirib ki, ABŞ administrasiyası Rusiya və Çinin də iştirakını nəzərdə tutan nüvə silahları üzərində nəzarətə dair saziş layihəsi üzrə idarələrarası intensiv danışıqlar aparır.

"Prezident açıq-aydın işarə etdi ki, o, silahlanmaya nəzarətə Rusiya və Çinin də daxil edilməli olduğunu və bütün silahların, döyüş başlıqlarının və bütün raketlərin əlavə edilməli olduğunu hesab edir", - deyə Ağ ev nümayəndəsi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm