Mərkəzi Kəşfiyyat İdarəsindən ŞÜBHƏLİ PAYLAŞIM: Parik, gözmuncuğu... - FOTOLAR
Bizi izləyin

ABŞ

Mərkəzi Kəşfiyyat İdarəsindən ŞÜBHƏLİ PAYLAŞIM: Parik, gözmuncuğu... - FOTOLAR

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sosial mediada fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, idarənin "İnstaqram" sosial şəbəkəsində rəsmi səhifəsi açılıb.

Səhifədə yalnız bir foto paylaşılıb. Fotoda bir qadın MKİ əməkdaşının iş masası, masada boz rəngli parik, bir neçə jurnal əks olunub. Həmçinin, fotoda üzərində "dünya səyahətinə çıxmaq istəyirəm" yazılmış pul qabı diqqət çəkir.

Fotonun çəkildiyi yer Vircinia ştatı kimi qeyd olunub. Qeyd bölməsinə isə “kiçik gözlərimlə casusluq edirəm” sözləri yazılıb.

Qeyd edək ki, səhifənin saxta olmamasına heç bir şübhə yoxdur. Çünki “İnstaqram” səhifəni rəsmi şəkildə qeydiyyatdan keçirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm