ABŞ rusiyalı casusla bağlı qərar verdi
Bizi izləyin

ABŞ

ABŞ rusiyalı casusla bağlı qərar verdi

ABŞ məhkəməsi Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butinanı 18 ay həbs cəzasına məhkum edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hakim Tatyana Çutkan Butinanın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.

“O yalnız ABŞ-ın siyasi sistemi haqqında bilmək istəmirdi. O, Rusiya hakimiyyəti üçün faydalı olacaq informasiyanı toplamaq istəyirdi”, - hakim əlavə edib.

Çutkan qeyd edib ki, Butina kommunikasiyaların ikinci kanalının yaradılması və Rusiya maraqlarının irəliləyişi üzərində işləyirdi.

Məhkəmə cəzasının çəkilməsindən sonra Butinanın deportasiyasını bəyənib.

Qeyd edək ki, Butina 2018-ci ilin iyulundan həbsdədir. O, istintaqla sazişə gedərək özünü günahkar sayıb, əks təqdirdə onu çoxillik həbs cəzası gözləyirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm