ABŞ Meksika ilə sərhədə daha 320 hərbçi göndərəcək
Bizi izləyin

ABŞ

ABŞ Meksika ilə sərhədə daha 320 hərbçi göndərəcək

ABŞ-ın Müdafiə Nazirliyi Meksika ilə sərhədə daha 320 hərbçi göndərəcək.

"Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətinə istinadən "The Washington Examiner" bildirib.

"Daxili Təhlükəsizlik Nazirliyinə dəstək üçün 2019-cu ilin 30 sentyabrında təxminən 320 hərbi qulluqçu lazım olacaq", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bu, təxminən 7,4 milyon dollara başa gələcək.

Daha əvvəl bildirilirdi ki, Pentaqon Meksika ilə sərhəddə hərbçilərin sayını 7 dəfə artırmaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm