Trampdan NATO ilə bağlı YENİ ADDIM
Bizi izləyin

ABŞ

Trampdan NATO ilə bağlı YENİ ADDIM

ABŞ prezidenti Donald Tramp Şimali Makedoniyanın NATO-ya daxil olması üçün tələb olunan protokolu Senata göndərib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev informasiya yayıb.

Senata göndərilən məktubda bildirilib ki, 6 fevral 2019-cu ildə Brüsseldə imzalanan protokol NATO üzvləri tərəfindən təsdiq olunandan sonra Şimali Makedoniya Alyansın üzvü olacaq.

Məktubda “Şimali Makedoniya ABŞ-ın vazkeçilməz təhlükəsizlik əməkdaşıdır. Onun NATO-ya üzv olması birbaşa ABŞ-ın və Alyansın strateji maraqlarına fayda verəcək” sözləri qeyd olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm