ABŞ
ABŞ-dan dünyaya GÖZDAĞI: ilk dəfə istifadə etdi - FOTO
Birləşmiş Ştatların hərbi hava gücləri F-35 beşinci nəsil qırıcının F-35A variantını ilk dəfə döyüşdə tətbiq edib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Hərbi Hava Qüvvələrinin Mərkəzi komandanlığının mətbuat xidmətinə istinadən “Business Insider” agentliyi bildirib.
Məlumata görə, iki F-35A qırıcısından aprelin 30-da İraqın şimal-şərqində silah-sursatın gizlədildiyi və İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər şəbəkəsinə aviazərbələr endirib.
Hücumun müvəffəqiyyətli olub-olmadığı dəqiqləşdirilməyib.
Qeyd edək ki, F-35 tipli təyyarələrdən daha əvvəl bir neçə dəfə döyüşdə istifadə olunub. Belə ki, dünyada ilk dəfə aviazərbələrin endirilməsi üçün onlardan 2018-ci ilin mayında İsrail istifadə edib. İsrailin silahlanmasında 14 ədəd F-35A təyyarəsinin olduğu bildirilir.
Daha sonra isə ABŞ Əfqanıstanda bombardman üçün F-35B qırıcılarını cəlb edib.
F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var