ABŞ-ın Avropa ilə bağlı 3 GÜNLÜK PLANI - Pompeo 4 ölkəni...
Bizi izləyin

ABŞ

ABŞ-ın Avropa ilə bağlı 3 GÜNLÜK PLANI - Pompeo 4 ölkəni...

ABŞ-ın dövlət katibi Mayk Pompeo Avropa turuna çıxır.

Publika.az xəbər verir ki, Pompeo ikili münasibətlər və regional maraqlar çərçivəsində bəzi Avropa ölkələrinə rəsmi səfər edəcək.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus yazılı açıqlama verib. Mətbuat katibi Pompeonun ilk olaraq mayın 6-da Finlandiyada keçiriləcək Arktika Şurası 11-ci Nazirlər Sessiyasına qatılacaq. Daha sonra Berlinə uçaraq Almaniya kansleri Angela Merkel və Xarici işlər naziri Heyko Maas ilə görüşəcək.

Pompeo-Merkel görüşündə Ukrayna, Rusiya, Çin, Suriya ve Qərbi Balkan ölkələri ilə bağlı məsələlər müzakirə olunacaq.

Dövlət katibi mayın 8-də Londona səfər edəcək və İngiltərənin Baş naziri Tereza Mey və Xarici işlər naziri Ceremi Hantın qonağı olacaq. Burada qlobal prioritetlər və ikili münasibətlər masaya qoyulacaq. Son olaraq mayın 9-da Qrelandiyaya gedəcək Pompeo burada Baş nazir Kim Keylsen, Xarici işlər naziri Eyn Lon Baqqer və Danimarkanın Xarici işlər naziri Anders Samuelsen ilə bir araya gələcək. Görüşlərdə şimal qütbündəki ortaq priorotetlər və genişmiqyaslı əməkdaşlıq müzakirə ediləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm