Pens: Rusiyaya bu ölkədə müharibə meydanı lazımdır
Bizi izləyin

ABŞ

Pens: Rusiyaya bu ölkədə müharibə meydanı lazımdır

ABŞ-ın vitse-prezidenti Mayk Pens yenidən Venesuela prezidenti Nikolas Maduronu istefaya getməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pens bu haqda Vaşinqtonda bir konfransda çıxışında bildirib.

“Nikolas Maduro hakimiyyətə heç bir qanuni hüququ olmayan diktatordur və Nikolas Maduro getməlidir”, - o deyib.

Pens həmçinin qeyd edib ki, Rusiyaya Venesuelada müharibə meydanı lazımdır. Onun sözlərinə görə, Rusiya Karakas üçün son instansiya kreditorudur.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Mayk Pompeo İran, Kuba və Rusiyanı Venesueladan çıxmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm