ABŞ müsəlman ölkəsinə 3 milyardlıq silah satdı
Bizi izləyin

ABŞ

ABŞ müsəlman ölkəsinə 3 milyardlıq silah satdı

ABŞ Qətərə 3 milyard dollar dəyərində “24 AH-64E Apaçi” tipli hücum helikopterləri satacaq.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti helikopterlərin satışını təsdiq edib.

Bu barədə ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən verilən yazılı açıqlamada qeyd olunub. Bildirilib ki, satışı Konqres də dəstəkləyir.

Açıqlamada sözügedən helikopterlərin bölgədəki hərbi balansı pozmayacağı qeyd olunub.

Satış görüşlərinin başlanması üçün Konqresin 30 gün içində etiraz etməməsi lazımdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm