10 milyon amerikalıdan Trampa ZƏRBƏ: istefası üçün Konqresə...
Bizi izləyin

ABŞ

10 milyon amerikalıdan Trampa ZƏRBƏ: istefası üçün Konqresə...

ABŞ prezidenti Donald Trampın vəzifəsindən istefa verməsi üçün 10 milyon imza toplanıb.

Publika.az xəbər verir ki, milli müdafiə qrupları tərəfindən toplanılan imzalarla birlikdə şikayət ərizələri Konqresə təqdim edilib.

Ərizələr Demokratlar Partiyasının üzvü, senator Rəşidə Tlaibə verilib.

Tvitter hesabından açıqlama verən senator bildirib ki, imza atan 10 milyon insan demokratiyanın qorunmasının tərəfdarıdır: “10 milyon insan ABŞ konstitusiyasını müdafiə etmək istəyir. 10 milyon insan hüququn üstünlüyünə qarşı fərdi məsuliyyətlərimizin olmasında qətiyyətlidir”.

Qeyd edək ki, Rəşidə Tlaib Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə bir qanun layihəsi təqdim edərək Donald Trampın səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı istintaq işi açılmasını istəmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm