Trampdan İranla bağlı qəribə addım
Bizi izləyin

ABŞ

Trampdan İranla bağlı qəribə addım

ABŞ prezidenti Donald Trampın İranlı liderlərə “mənə zəng edin” çağırışından sonra Ağ Ev rəsmiləri birbaşa Trampa zəng etmələri üçün iki ölkə arasında danışıqlara vasitəçilik edən İsveçrəli rəsmilərə nömrə verib.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalına diplomatlar məlumat verib.

İranlı rəsmilərin Ağ Evin bu gözlənilməz addımına qarşı heç bir reaksiya verməyəcəyi ehtimal edilir. İran tərəfi xüsusi olaraq tələb etmədiyi müddətdə İsveçrəli nümayəndələr nömrəni bu ölkə rəsmilərinə verməyəcək.

Qeyd edək ki, prezident Donald Tramp Ağ Evdə verdiyi açıqlamada İrana nüvə silahı ilə bağlı proqrama son qoymaq çağırışı etmişdi. İki ölkə arasındakı gərginliyi nəzərə alaraq hərbi addımlar atmağın mümkünlüyü mesajını vermişdi.

Nüvə müqaviləsindən çəkiləndən sonra İran iqtisadiyyatında problemlər yarandığına diqqət çəkən Tramp ölkə rəsmilərini razılığa dəvət edib:

“Mənə zəng etsinlər, oturub danışaq və ədalətli bir razılığa gələk. İranın nüvə silahına sahib olmasını istəmirik. İstədiyimiz çox şey deyil. İrana zərər vermək fikrində deyilik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm