Pompeo Moskvaya getməkdən imtina etdi - SƏBƏB
Bizi izləyin

ABŞ

Pompeo Moskvaya getməkdən imtina etdi - SƏBƏB

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyaya səfərinin Moskva mərhələsini ləğv edir.

Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsinə istinadən “Frans Press” agentliyi bildirib.

Pompeo planlaşdırıldığı kimi, Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Dövlət katibi bazar ertəsi Avropa liderləri ilə təcili məsələləri, xüsusi halda İran mövzusunu müzakirə etmək üçün Brüsselə yola düşməyə qərar verib. Moskvaya səfərin ləğvi bununla əlaqədardır.

Qeyd edək ki, Soçidə görüşlər mayın 14-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm