ABŞ F-35 təyyarələrini "qatil"lə təchiz edəcək - Dünyanı vahimədə saxlayan SİLAH
Bizi izləyin

ABŞ

ABŞ F-35 təyyarələrini "qatil"lə təchiz edəcək - Dünyanı vahimədə saxlayan SİLAH

ABŞ istehsalı “F-35A Lightning II” və “F-35C Lightning II” döyüş təyyarələri qarşı tərəfin raket müdafiə sistemlərinin istifadə etdikləri radarları yox etməyi hədəfləyən AARGM-ER (Advanced Anti-Radiation Guided Missile-Extended Range) səsdən sürətli raketlərlə təchiz ediləcək.

Publika.az xəbər verir ki, bu barədə “The Drive” informasiya yayıb.

Bildirilib ki, AARGM-ER (AGM-88G) raketləri daha əvvəl istehsal olunan AGM-88’in (HARM) anti-radar raketi əsasında istehsal edilir. ABŞ Donanması Arsenal Bürosunun proqramdan məsul idarəçisi Metyu Kammerford AGM-88G raketinin AGM-88E-yə görə daha aşağı potensialla eyni uçuş performansı sərgilədiyini deyib.

Yeni raket eynilə AGM-88E-də olan kəşfiyyat və nəzarət sistemləri ilə təchiz olunacaq. Fərqli ünsürlər modulyar döyüş bölməsi LEO (Lethality Enhanced Ordnance) texnologiyasına görə istehsal olunan kompakt döyüş başlığı olduğu qeyd edilib.

Xəbərdə raketin “F-35A Lightning II” və “F-35C Lightning II” təyyarələrinin iç qisminə yerləşdiriləcəyi vurğulanıb.

AGM-88G-nin test uçuşlarının 2021-ci ildə başlanması planlaşdırılır. 2025-ci ildən etibarən təyyarələrin kütləvi istehsalına keçiləcək.

ABD Donanması və “Northrop Grumman” kosmos və müdafiə şirkəti arasında imzalanan müqavilənin büdcəsi 322,5 milyon dollar həcmindədir.

AGM-88G-nin xüsusiyyətləri gizli saxlansa da, raketin mənzili 130 kilometri keçir. Hədəfə çatdığında isə səsdən 2 qat çox sürət yığır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm