Türkiyə əleyhinə sanksiyalar qətnaməsi hazırlandı
Bizi izləyin

ABŞ

Türkiyə əleyhinə sanksiyalar qətnaməsi hazırlandı

ABŞ-ın demokratlardan və respublikaçılardan ibarət konqresmenlər qrupu Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemi alacağı təqdirdə bu ölkə əleyhinə "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks təsir haqqında" qanun çərçivəsində "sanksiyaların tam tətbiqi", həmçinin Türkiyənin F-35 beşinci nəsil qırıcı-bombardmançısının yaradılması proqramından çıxarılması çağırışlı qətnaməni baxılması üçün Nümayəndələr Palatasının bir neçə komitəsinin müzakirəsinə təqdim edib.

Bu barədə Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinin mətbuat xidməti bildirib.

"Türkiyə bizim çoxdankı müttəfiqimizdir, amma onlar açıq seçim qarşısındadırlar. Əgər Ankara Rusiyadan zenit-raket sistemləri alsa, onda ABŞ dərhal Türkiyəyə qarşı sanksiyalar tətbiq etməli və ölkəni F-35 proqramından çıxarmalıdır.

Bizim iki partiyadan olan Konqres üzvləri tərəfindən daxil edilmiş qətnaməmizə ABŞ Konqresinin aydın bəyanatı kimi baxılmalıdır - Türkiyə Rusiyanın və ya NATO üzrə müttəfiqlərinin partnyoru olmaq kimi seçim etməlidir. Ümid edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan düzgün seçim edəcək. Bizim gələcək ittifaqımız bundan asılıdır", - deyə qətnamənin həmmüəlliflərindən biri, Nümayəndələr Palatasının Xarici işləri üzrə Komitəsinin Texas ştatından olan respublikaçı üzvü Maykl Makkol bildirib (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm