Pompeo Rusiya və ABŞ arasında üç təmas nöqtəni açıqladı
Bizi izləyin

ABŞ

Pompeo Rusiya və ABŞ arasında üç təmas nöqtəni açıqladı

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi danışıqları müvəffəqiyyətli adlandırıb.

Publika.az xəbər verir ki, Pompeo bu haqda “Fox News Radio” ilə söhbətində danışıb.

O, vurğulayıb ki, ABŞ və Rusiya üç sferada əməkdaşlıq edə bilər.

“Onlardan biri Əfqanıstandakı vəziyyətdir. Rusiya və ABŞ terror təhlükəsini hiss edirlər. ABŞ və Rusiya bu regionda zorakılığı azaltmaq üçün tədbirlər görməlidir. İkinci təmas nöqtəsi Şimali Koreyadır. Amerika tərəfi kimi Rusiya da həmçinin maraqlıdır ki, regionda nüvə materialları olmasın. Üçüncü təmas nöqtəsi terrorizmlə mübarizədir”, - Pompeo deyib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə Soçidəgörüş mayın 14-də keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm