Müxalifət Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçirdi - VİDEO
Bizi izləyin

ABŞ

Müxalifət Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçirdi - VİDEO

Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları ölkənin ABŞ-dakı səfirliyinin binası üzərində nəzarəti ələ keçiriblər.

Publika.az “RİA-Novosti”agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela Milli Assambleyasının lideri Xuan Quaydonun nümayəndəsi Karlos Vekkyo bildirib.

“Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır”, - Karlos Vekko tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir. Müxalifət nümayəndəsi qeyd edib ki, ziyanın ölçüsü əhəmiyyətlidir və binanın tam bərpası üçün müxalifətə uzun müddət lazım olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm