ABŞ Türkiyədən sonra bu ölkəyə hücuma keçdi
Bizi izləyin

ABŞ

ABŞ Türkiyədən sonra bu ölkəyə hücuma keçdi

ABŞ Hindistanı sanksiya tətbiq etməklə hədələyib.

Publika.az xəbər verir ki, Hindistanın Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alması Vaşinqtonu narahat edir.

“Times of India”nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin bir rəsmisi bu ölkələr arasında S-400 razılaşmasının CAATSA sanksiyaları (Amerikanın Düşmənləri ilə Sanksiya Yoluyla Mübarizə Aparmaq Qanunu) baxımından əhəmiyyətli olduğunu deyib.

ABŞ-ın öz sistemlərinin xarici sistemlərlə qarşılaşmasına qətliyyətlə qarşı çıxdığını dilə gətirən rəsmi S-400 raketlərinin təhdid yaradacağını, bu səbəbdən Hindistanın hərbi tərəfdaşlarını seçmək məcburiyyətində olduğunu dilə gətirib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Rusiya ilə Hindistan arasında S-400 zenit raket komplekslərinin satışı ilə bağlı razılıq əldə olunub. Hindistan bu tarixdən etibarən ABŞ-ın məhdudiyyətləri ilə üzləşir.

ABŞ Konqresinin 2017-ci ildə çıxardığı CAATSA proqramı Rusiyanın müdafiə sənayesi və kəşfiyyatı ilə əlaqəsi olan üçüncü ölkə və şirkətlərə sanksiya tətbiq edilməsini nəzərdə tutur.

Xatırladaq ki, ABŞ uzun müddətdir Türkiyəni də eyni səbəbdən sanksiyalara məruz qalmaqla təhdid edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm