Tramp tvitterdən açıqladı: İSTEFA VERİR
Bizi izləyin

ABŞ

Tramp tvitterdən açıqladı: İSTEFA VERİR

ABŞ-ın İqtisadiyyat Məsləhətçiləri Şurasının prezidenti Kevin Hasset istefa verəcək.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

“Mənim və hökumətim üçün böyük işlər görən Kevin Hasset yaxın zamanda vəzifəsindən ayrılır. ABŞ-a qayıdan kimi onu əvəz edəcək istedadlı şəxsin adını açıqlayacağam. Kevinə bütün işləri üçün təşəkkür edirəm. O, gerçək bir dostdur”-, Tramp qeyd edib.

Donald Trampın Çin və Meksika ilə ticarət müharibəsi apardığı zamanda bu istefanın gəlməsi diqqət çəkib. Lakin mediaya açıqlama verən Hasset istefa ərizəsini prezidentə uzun müddət əvvəl verdiyini deyib.

2017-ci ilin sentyabrında şuraya prezident təyin olunan Hasset Tramp hökumətinin yeni vergi qanunlarını hazırlayan əsas şəxs kimi tanınır.

Xatırladaq ki, Donald Tramp Böyük Britaniyada səfərdədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm