Tramp İngiltərəni də QARIŞDIRDI: siyasilər boykot, xalq etiraz edir
Bizi izləyin

ABŞ

Tramp İngiltərəni də QARIŞDIRDI: siyasilər boykot, xalq etiraz edir

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyada rəsmi səfərdədir.

Publika.az xəbər verir ki, Kraliça II Yelizavetanın dəvəti ilə 3 günlük Londona gedən prezidenti həyat yoldaşı Melaniya Tramp müşayiət edir.

ABŞ lideri bir neçə gün sonra istefa verəcək baş nazir Tereza Mey, kral ailəsi və çox sayda ingilis siyasətçi ilə görüşlər keçirəcək.

Səfər ABŞ prezidenti Donald Trampın İngiltərəyə ilk rəsmi səyahəti olması baxımından əhəmiyyət daşıyır. Lakin bu səyahət ölkədə siyasi böhranın pik həddə çatdığı bir dövrlə üst-üstə düşüb. Breksit prosesində uğur əldə edə bilməyən baş nazirin istefasından sonra onu əvəz edəcək namizədlərin kimliyi geniş müzakirə olunur. Posta ən güclü namizəd kimi sabiq Xarici işlər naziri Boris Conson göstərilir. Donald Tramp belə onu dəstəkləyir. Hətta Trampın səfər çərçivəsində Consonla bir araya gəlməsi planlaşdırılıb.

Siyasilər boykot, xalq protest edir

ABŞ liderinin şərəfinə Bukinqam sarayında ziyafət veriləcək. Şam yeməyi parlamentin alt qanadının sədri Con Berkou, ana müxalifətdəki İşçi Partiyasının lideri Ceremi Korbun və Liberal Demokratlar Partiyasının lideri Vins Keybl tərəfindən boykot ediləcək.

Bundan başqa, saray qarşısında ingilislər tərəfindən etiraz aksiyaları keçiriləcək. Dövlət başçılarının səfəri çərçivəsində gerçəkləşdirilən at arabaları ilə parad mərasimi boykot və protestlər səbəbilə baş tutmayacaq.

Bölgədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Səfər səbəbindən Londonun əsas yolları bağlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm