Ən yaxın müttəfiqi ABŞ-ı "kürəyindən bıçaqladı" - Yaxın Şərqdə YENİ MÜHARİBƏ ALOVLANIR
Bizi izləyin

ABŞ

Ən yaxın müttəfiqi ABŞ-ı "kürəyindən bıçaqladı" - Yaxın Şərqdə YENİ MÜHARİBƏ ALOVLANIR

ABŞ-ın körfəz bölgəsində ən yaxın tərəfdaşı olan Səudiyyə Ərəbistanı Çinin köməyi ilə ballistik raket proqramının tətbiqini sürətləndirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı informasiya əldə edib.

CNN telekanalı məsələ ilə bağlı məlumatı olan 3 mənbəyə istinadən xəbər verib ki, Donald Tramp hökuməti bu məlumatı Konqres üzvlərinə açıqlamayıb. Demokratlar Partiyasının senatorları xəbəri başqa qaynaqlardan əldə edib və mövzudan kənar qaldıqları üçün sərt reaksiya veriblər.

Kəşfiyyat məlumatına görə, Səudiyyə Ərəbistanı son dövrlərdə Çindən həm raket sənayesini, həm də texnologiyasını inkişaf etdirəcək yardımlar qəbul edib. ABŞ Konqresi Yaxın Şərqdə yeni bir silah müharibəsinin yaranmasına ehtimal verir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm