Qızılca epidemiyası sürətlə yayılır - Fövqəladə vəziyyət ELAN OLUNDU
Bizi izləyin

ABŞ

Qızılca epidemiyası sürətlə yayılır - Fövqəladə vəziyyət ELAN OLUNDU

ABŞ-da qızılca epidemiyası geniş vüsət alıb.

Publika.az xəbər verir ki, ölkənin 26 ştatında yayılan epidemiyaya son 5 ayda min nəfərdən çox insan yoluxub.

ABŞ Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi başda Nyu-York olmaqla, bir çox böyük ştatlarda yayılan xəstəliyin son 27 ildə ən böyük nəticə doğurduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ 2000-ci ildə qızılca xəstəliyinin tamamilə aradan qaldırıldığını açıqlamışdı. Lakin xəstəlik bu il yenidən yayılmağa başlayıb. Xüsusilə, yəhudilərin kompakt yaşadığı bölgələrdə geniş yayılan xəstəlik səbəbilə fövqəladə vəziyyət elan edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm