• USD 1,7000 0,00% EUR 1,9300 -0,50%
    • GBP 2,1564 -0,52% RUB 0,0269 -1,12%

ABŞ və Meksika miqrant razılaşması əldə etdi

  • ABŞ
  • 8 İyun 2019 09:20
ABŞ və Meksika miqrant razılaşması əldə etdi

ABŞ və Meksika qeyri-leqal miqrantlarla mübarizə üzrə razılaşma əldə edib.

Publika.az xəbər verir ki, sənəd ABŞ Dövlət Departamentinin saytında dərc edilib.

Müqaviləyə uyğun olaraq, Meksika Mərkəzi Amerika ölkələrindən qeyri-leqal miqrantların axınını dayandırmaq üçün ABŞ-la sərhədə Milli Qvardiya qoşununu göndərəcək. Ölkə həmçinin qaçaqmalçılıq və insan alveri ilə məşğul olan təşkilatlarla mübarizə aparacaq.

ABŞ-dan sığınacaq xahiş edən miqrantlar Meksikaya göndəriləcək. Miqrantlar Meksikada öz xahişlərinin müzakirəsini gözləyəcəklər. Meksika ərazisində onlara iş, həmçinin tibbi və maarifləndirici xidmətlər veriləcək.

ABŞ prezidenti Donald Tramp tvitterdə bildirib ki, ABŞ qeyri-müəyyən müddətə bütün Meksika mallarına rüsumların tətbiqini təxirə salacaq.

Xatırladaq ki, mayın sonunda Tramp 10 iyundan Meksika məhsularına qarşı rüsumları tətbiq edəcəyini elan etdi. O, respublikada qeyri-leqal miqrantlarla mübarizə üçün tədbirlər görülməyəcəyi halda, hər ay tarifləri beş faizə qədər artırmağa söz verdi.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR