ABŞ S-400-lərə görə Türkiyəni bu tədbirdən kənarlaşdırdı
Bizi izləyin

ABŞ

ABŞ S-400-lərə görə Türkiyəni bu tədbirdən kənarlaşdırdı

ABŞ S-400 zenit-raket komplekslərinin alınması və təlim üçün hərbi mütəxəssislərin Rusiyaya göndərilməsi barədə Türkiyənin qərarından məyus olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Lord Ellen bildirib.

“Vaşinqton ABŞ və Türkiyənin dialoqunu və strateji əməkdaşlığını yüksək qiymətləndirir. Ancaq ABŞ Türkiyənin S-400 sistemlərində təlim üçün Rusiyaya hərbi heyət göndərməsindən məyus olub. Biz bütün səviyyələrdə aydın şəkildə bildirdik ki, Türkiyə S-400 sistemlərini alacağı halda, F-35 qırıcıları almayacaq”, - Lord brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə F-35-lər üzrə iyunun 12-də keçiriləcək illik dəyirmi masada 12 iyunda iştirak etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm