• USD 1,7000 0,00% EUR 1,8804 +0,32%
    • GBP 2,1969 +0,32% RUB 0,0267 +0,37%

ABŞ Assanjın ekstradisiyası üçün rəsmi sorğu göndərdi

  • ABŞ
  • 11 İyun 2019 08:45
ABŞ Assanjın ekstradisiyası üçün rəsmi sorğu göndərdi

ABŞ-ın Ədliyyə Nazirliyi Böyük Britaniya hakimiyyətinə “Wikileaks” saytının banisi Culian Assanjın ekstradisiyası haqqında rəsmi sorğu göndərib.

Publika.az xəbər verir ki, bu haqda adı açıqlanmayan Amerika məmuruna istinadən “Washington Post” nəşri bildirib.

Məmur danışıb ki, sorğu ötən cümə axşamı göndərilib. İki ölkə arasındakı müqaviləyə əsasən, bu, Assanjın tutulmasından sonra 60 gün ərzində, yəni, 10 iyun tarixinə kimi edilməli idi.

Qəzet qeyd edir ki, razılaşma üzrə ABŞ-ın ekstradisiyası haqqında sorğunun göndərilməsindən sonra Assanja yeni ittihamları təqdim edə bilməyəcəklər. Daha əvvəl “Wikileaks” bildirirdi ki, ABŞ-ın Ədliyyə Nazirliyi Assanja qarşı yeni ittihamları hazırlayıb.

Assanj Ekvadorun Londondakı səfirliyi ərazisində, aprelin 11-də saxlanılıb. Mayın 1-də London məhkəməsi C.Assanjı girov müqabilində azadlığa çıxmaq şərtlərini pozduğuna görə 50 həftəlik həbs cəzasına məhkum edib.

Qeyd edək ki, C.Assanj 2012-ci ilin iyulunda “Wikileaks”də ABŞ-ın 2,4 milyon məxfi sənədini dərc edib. Bundan sonra İsveç onu beynəlxalq axtarışa verib. Buna səbəb kimi C.Assanjın 2010-cu il avqustun 20-də İsveçdə bir qadına qarşı cinsi zorakılıq əməli törətməsi göstərilib.

2012-ci ilin iyulun 19-da o, Ekvadorun Londondakı səfirliyinə sığınaraq, bu Latın Amerikası ölkəsindən sığınacaq istəyib. Diplomatik toxunulmazlığa görə, Böyük Britaniya polisi Ekvadorun Londondakı səfirliyinə daxil ola və C.Assanjı həbs edə bilmirdi. Ekvador hökuməti apreldə onu diplomatik sığınacaq hüququndan məhrum edib.

ABŞ hazırda onun ekstradisiyasına çalışır. ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, "WikiLeaks" təsisçisinə qarşı yeni ittihamların irəli sürülməsindən sonra onu 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR