ABŞ
NATO-nu məmnun edən o qərar verildi - Tramp imzanı atdı
ABŞ Polşada əsgər sayını artıracaq.
Publika.az xəbər verir ki, prezident Donald Trampla polşalı həmkarı Andrey Duda arasında bununla bağlı razılaşma əldə olunub.
Razılaşma Ağ Evdə mətbuata açıq keçirilən görüşdə prezidentlər tərəfindən imzalanıb.
Tramp toplantıdan qısa müddət öncə Polşaya əlavə 2 min əsgər göndəriləcəyini açıqlasa da, ortaq mətbuat konfransında bu rəqəmin min olduğu bildirilib.
ABŞ prezidenti Polşanın 30-dan çox F-35 döyüş təyyarəsi sifariş verdiyini açıqlayıb. Əlavə olaraq, 8 milyard dollarlıq maye qaz satışı üçün razılıq əldə olunub.
Mətbuat konfransında Polşa prezidentinə “Rusiyanı dostmu, düşmənmi görürsünüz” sualı ünvanlanıb. Andrey Duda bu suala cavab verməkdən boyun qaçırıb. Tramp isə “ümid edirəm, Polşanın Rusiya ilə gözəl əlaqələri olar. Ümid edirəm, bizim də Rusiya ilə yaxşı əlaqələrimiz olar” şəklində cavab verib.
NATO da bu razılaşmalardan məmnun qalıb. Baş katib Yens Stoltenberq ABŞ-ın Polşada canlı qüvvəsinin sayını artırmağını məmnuniyyətlə qarşıladığını deyib: “Bu ABŞ-ın Avropanın təhlükəsizliyinə olan qətliyyətli bağlılığını və transatlantik əlaqələrin sağlamlığını ortaya qoyur”.
Qeyd edək ki, Rusiyanın 2016-cı ildə Krım yarımadasının ilhaq etməsindən sonra ABŞ Polşaya bir qədər əsgər yollamışdı.
Polşanın dövlət başçısı daha əvvəl ölkəsində “Fort Trump” adlı daimi Amerika hərbi bazası açmağı istədiyini dilə gətirmişdi.
Zümrüd
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı