Rusiyanın Türkiyəyə S-400 satmaqda məqsədi budur, icazə verməyəcəyik! - Vaşinqton AÇIQLADI
Bizi izləyin

ABŞ

Rusiyanın Türkiyəyə S-400 satmaqda məqsədi budur, icazə verməyəcəyik! - Vaşinqton AÇIQLADI

“Moskvanın birinci hədəfi NATO ittifaqında çatlaqlar yaratmaqdır. Amma belə bir şey olmayacaq”.

Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Erik Pahon deyib.

Mətbuat katibi Rusiyanın ABŞ-Türkiyə münasibətlərini korlamaqda ittiham edib.

“S-400 razılaşması və bunun F-35 döyüş təyyarələrinin istehsalı proqramına təsirlərinə, Türkiyə-ABŞ-NATO münasibətlərinə və bu münasibətlərin nə qədər böyük olduğuna baxmaq lazımdır. ABŞ Türkiyəyə strateji müttəfiq kimi böyük əhəmiyyət verir. Təlimlərə, onların qüvvələri ilə birlikdə işləmək üçün potensialımızı artırmağa davam edirik. Bu əlaqələrin dərinliyinə baxmaq lazımdır. Moskva isə (Türkiyə-ABŞ arasındakı S-400 gərginliyi) bölünmədən istifadə edərək bu dərin əlaqələrə zərər vurmağa çalışır. Türkiyə 70 ildir ki, müttəfiqimizdir. Çətin zamanlardan keçdik, bu olacaq. Təbii ki, Türkiyənin S-400 alışından imtina etməsini, “Patriot” kimi NATO ilə uyğun sistem almasını istəyirik”, - Pahon qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm