Tramp: Bu mövzunu Putinlə müzakirə edəcəm
Bizi izləyin

ABŞ

Tramp: Bu mövzunu Putinlə müzakirə edəcəm

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Yaponiyada keçiriləcək G20 sammitində görüşü zamanı 2020-ci ildəki seçkilərə müdaxilə mövzusuna toxunacağını istisna etməyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Tramp bu haqda NBC telekanalına müsahibəsində bildirib.

“Mümkündür, mümkündür. Əgər istəyirsinizsə, onda mən bunu edəcəyəm”, - Amerika lideri deyib.

Qeyd edək ki, ABŞ Rusiyanı 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham edib. Moskva ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm