İran buna əsla sahib ola bilməyəcək - İsraildən Tehrana SƏRT MESAJ
Bizi izləyin

ABŞ

İran buna əsla sahib ola bilməyəcək - İsraildən Tehrana SƏRT MESAJ

“İran əsla nüvə silahına sahib olmayacaq”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

Qüds şəhərində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən öncə təşkil olunan mətbuat konfransında çıxış edən Bolton bildirib ki, İrana tətbiq olunan sanksiyalar siyahısına yeniləri əlavə olunub: “İran ABŞ və dünyaya qarşı nəzərdə tutduğu nüvə silahına əsla sahib olmayacaq. Kimsə onlara Yaxın Şərqdə ovçuluq lisenziyası verməyib”.

Bolton rəsmi Tehrana mesaj verərək bildirib ki, ABŞ-ın həssas və ehtiyatlı davranmasını zəiflik kimi qəbul etməsinlər.

İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə proqramını müdafiə edənləri tənqid edib. Bildirib ki, Tehran böyük imperatorluq qurmaq istəyir, bölgədə terror yayır və Suriyada hərbi bazalar inşa edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm