Trampdan QORXUNC BƏYANAT: İrana qarşı müharibəyə başlamaq...
Bizi izləyin

ABŞ

Trampdan QORXUNC BƏYANAT: İrana qarşı müharibəyə başlamaq...

ABŞ prezidenti Donald Tramp onda Konqresin razılığı olmadan İrana qarşı müharibəyə başlamaq üçün kifayət qədər səlahiyyətlərin olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Hill” nəşrinə müsahibəsində deyib.

“Bəli, məndə belə səlahiyyətlər var”, - prezident jurnalistin sualına cavabında qeyd edib.

Tramp həmçinin Konqresi İranla bağlı vəziyyət barədə məlumatlı saxlamaq istədiyini əlavə edib.

O, bununla da ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bəyanatlarını şərh edib. Spikerin iddiasına görə, prezident belə əməliyyatlar üçün Konqresin icazəsini almalıdır.

Amerika lideri əlavə edib ki, İrana zərbə endirməyə kifayət qədər yaxın idi, amma bunu etməməyə qərar verdi.

Qeyd edək ki, iyunun 20-də İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-ın pilotsuz kəşfiyyat aparatını vurub. Amerika tərəfi əvvəlcə bu xəbəri təkzib edib, amma sonra etiraf edib ki, İran ABŞ-ın ən böyük pilotsuz aparatlarından biri olan “RQ-4A Global Hawk”-ı vurub.

İyunun 21-də isə məlum olub ki, Tramp İrana zərbələrin endirilməsi üçün müəyyən edilən tarixdən 10 dəqiqə əvvəl hücum əmrini ləğv edib. Prezidentin sözlərinə görə, Amerika hərbçiləri eyni anda İranda üç müxtəlif obyektə hücüm etməyə hazır idilər. Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib.

Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.

İran təyyarənin təyyarənin ölkənin hava məkanını pozduğunu, ABŞ-ın Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.

Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirib ki, bunun qəsdən edildiyinə inanmır.

Daha sonra Tramp NBC televiziya şirkətinə müsahibəsində bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm