Tramp İranı məhv etməklə hədələdi
Bizi izləyin

ABŞ

Tramp İranı məhv etməklə hədələdi

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara qarşı hücum halında İranı məhv etməklə hədələyib.

Publika.az xəbər verir ki, prezident bu haqda tvitter səhifəsində yazıb.

“Amerikaya İranın istənilən hücumu böyük və əzici güclə qarşılanacaq. Bəzi sahələrdə əzici güc məhvedici anlamına gələ bilər. Artıq Con Kerri və Barak Obama yoxdur”, - prezident qeyd edib.

Tehranın “kübarlıq və mərhəmətdən anlamadığını” bildirən Tramp İranın anladıqları şeyin güc və qüvvət olduğunu bildirib. ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu qeyd edən Amerika lideri sadəcə son 2 ildə silahlı qüvvələrə 1,5 trilyon dollar xərcləndiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm