ABŞ
Seçkilər ləğv olunsa... - ABŞ-dan "Əsrin şapalağı"
Donald Tramp Administrasiyası tərəfindən hazırlanan və İsraillə Fələstini barışdırmaq missiyası daşıyan “Əsrin razılaşması” sentyabrdan öncə açıqlana bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” informasiya yayıb.
Məlumata görə, İsraildə sentyabr ayında keçirilməsi nəzərdə tutulan növbədənkənar baş nazir seçkiləri təxirə salınsa, ABŞ prezidenti Donald Tramp “Əsrin razılaşması”nı açıqlayacaq.

“Biz proseslər baş verdikcə komanda şəklində dəyərləndirmələr edib prezidentə tövsiyələrimizi təqdim edirik. Bu məsələdə nə edəcəyi isə onun qərarıdır. İsrail bir tənzimləmə edərsə, biz də ortaya çıxan nəticələrin işığında tənzimləmə aparacağıq”, – ABŞ prezidentinin kürəkəni və baş məsləhətçisi Cerard Kuşner Bəhreynin paytaxtı Manamada təşkil edilən “Rifah üçün sülh” başlıqlı iqtisadi forumda deyib.
Əsrin razılaşması
Donald Trampın İsrail-Fələstin arasındakı münaqişəyə həll yolu tapmaq məqsədilə hazırladığı “Əsrin razılaşması” planının detalları dəqiqləşməsə də, beynəlxalq mətbuatda planın detalları ilə bağlı bəzi məlumatlar var. Bu məlumatlara əsasən, Qüds şəhəri bütünlüklə İsrailə veriləcək, Qərbi Şəriədəki qanundankənar yəhudi məskənləri olduğu kimi qalacaq. Lakin planda İsrailin təzyiqi illə qaçqın düşən 6 milyon fələstinlinin taleyinə aydınlıq gətirilməyib.
Fələstin prezidenti Mahmud Abbas “Əsrin razılaşması”nı “Əsrin şapalağı” adlandırır. Çünki razılaşmada Fələstin və onun xalqının lehinə bir maddə belə yer almayıb.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik ütdiyi “Likud” partiyasından dünən verilən sürpriz açıqlamada İsrail parlamentinin sədri Yuli-Yoel Edelsteinin tövsiyəsi ilə baş nazir seçkilərinin təxirə salınması məsələsinin müzakirə edildiyi bildirilib.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































