Dəhşətli TƏYYARƏ QƏZASI: tanınmış simalar öldü - YENİLƏNDİ
Bizi izləyin

ABŞ

Dəhşətli TƏYYARƏ QƏZASI: tanınmış simalar öldü - YENİLƏNDİ

ABŞ Federal Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada bildirilir ki, təyyarə havaya qalxarkən istiqamətini itirib və anqara çırpılıb. Bundan sonra alov qalxıb.

Qəzanın səbəbilə bağlı məlumat verilməyib. Ölənlərin kimliyi istintaq məlumatı olduğu üçün açıqlanmır.

Təyyarə özəl olduğu üçün ölənlər arasında məşhur şəxslərin ola biləcəyi ehtimal edilir.

***

08:56

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yerli CBS DFW telekanalının məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.

Hadisə Dallas dairəsinin Eddison şəhərində yerli vaxtla bazar günü səhər saatlarında baş verib. Şəhərin ictimaiyyətlə əlaqələr üzrə direktoru Meri Rozenblit təyyarədə olanlardan heç kimin sağ qalmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm