ABŞ-a hücum edəcəklər - Tramp qorxusunu dilə gətirdi
Bizi izləyin

ABŞ

ABŞ-a hücum edəcəklər - Tramp qorxusunu dilə gətirdi

“Əfqanıstandakı əsgərlərimizi geri çəkmək istəyirəm, amma çəkilmədən əvvəl orada güclü kəşfiyyat şəbəkəsi qoyacağam”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Fox News” kanalına açıqlama verən Tramp düşünür ki, Əfqanıstanda kəşfiyyat şəbəkəsi qoymasa, oradan çəkilməyin mənfi nəticələri ola bilər: “Orada gizlənəcək çox yer var. Terrorçular üçün sanki, labaratoriyadır. Mən ora terrorçuların Harvardı deyirəm. Hazırlıq görmədən oradan çıxsaq, terrorçular güc toplayıb ABŞ-a hücum edə bilər”.

Qeyd edək ki, Əfqanıstanın prezidenti Əşrəf Qani hökuməti üçün böyük təhdid ünsürü olan Taliban təşkilatı hələ də ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyur. Hökumət dəfələrlə Talibanla sülh görüşlərinə başlamaq üçün cəhd etsə və bu çərçivədə Sülh Şurası qursa da, nəticə əldə olunmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm