ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: sanksiyaların tətbiq olunmasında...
Bizi izləyin

ABŞ

ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: sanksiyaların tətbiq olunmasında...

ABŞ hökuməti hələ də S-400 sistemlərinə sahib olacağı təqdirdə, Türkiyəyə sanksiya tətbiq etməyi və F-35 proqramından çıxarmağı düşünür.

Publika.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Mayk Endryus deyib.

“Dəyişən bir şey yoxdur. Türkiyənin Rusiya istehsalı sistemlər alması F-35 proqramı ilə uyğunlaşmır. Türkiyənin iki sistemə birdən sahib olmasına icazə verilə bilməz”,- mətbuat katibi bildirib.

Xarici İşlər Nazirliyi də məlumatı təsdiq edərək bildirib ki, Türkiyə sistemlərə sahib olacağı halda, CAATSA qanunu çərşivəsində sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaraya sanksiya tətbiq etməyəcəyini və Donald Trampın G20 zirvəsi çərçivəsində keçirilən görüşdə sanksiya sözünü işlətmədiyini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm