SON DƏQİQƏ: döyüş təyyarəsi ABŞ-ı BOMBALADI - FOTO
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: döyüş təyyarəsi ABŞ-ı BOMBALADI - FOTO

ABŞ Hava Qüvvələrinə aid “A-10C Thunderbolt II” hücum təyyarəsi Florida ştatını bombalayıb.

Publika.az xəbər verir ki, təyyarə Corcia ştatındakı “Moody” hava bazasından təlim üçün havaya qalxıb.

Lakin Florida ştatının Suvanni Sprinqs qəsəbəsi yaxınlığında quş sürüsü ilə toqquşub. Nəticədə təlim məqsədilə istifadə olunan hər biri 11 kq ağırlığında BDU-33 bombalarını yerə salmaq məcburiyyətində qalıb.

Sözügedən bombalar 226 kiloqramlıq M1a-82 bombalarının imitasiyası məqsədilə istifadə olunur.

“Moody” hava bazasından məsələ ilə bağlı verilən açıqlamada bombaların yanlışlıqla aktiv edildiyi bildirilib.

Bombalar hələ ki, tapılmayıb.

Hadisə zamanı ölən və yaralanan olub-olmadığı haqqında məlumat yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm