Dəhşətli zəlzələ baş verdi: ölkənin ən böyük hərbi bazalarından biri boşaldıldı
Bizi izləyin

ABŞ

Dəhşətli zəlzələ baş verdi: ölkənin ən böyük hərbi bazalarından biri boşaldıldı

ABŞ-ın Kaliforniya ştatındakı Moyave səhrasında yerləşən Dəniz-Hava Silahları Bazası təxliyə edilib.

Publika.az xəbər verir ki, buna səbəb Kaliforniyada ard-arda baş verən yeraltı təkanlardır.

Kaliforniya ştatının qubernatoru Qavin Nyusom bildirib ki, təxliyə zəlzələlərin yarada biləcəyi fəlakətdən qorunmaq məqsədilə aparılıb: “Hökumətlər zəlzələlərə qarşı görüləcək tədbirlər məsələsində qaydalara riayət etməli, xəbərdarlıq sistemləri yaradılmalıdır. Vətəndaşlar zəlzələ olanda özlərini necə qoruyacaqlarını bilməlidirlər”.

Qubernator qeyd edib ki, yerlatı təkanlar ştata 100 milyon dollar zərər vurub. O, ABŞ prezidenti Donald Trampa zəng edib və zərərin qarşılanması üçün federal büdcədən yardım tələb edib.

Qeyd edək ki, ötən həftə Kaliforniya ştatında ocağı Moyave səhrasında yerləşən 6,4 və 7,1 bal gücündə zəlzələ baş vermişdi. Bu zəlzələlər Kaliforniya tarixinin son 20 ilinin ən dəhşətli yeraltı təkanları olub. Təbiət hadisəsindən sonra fövqəladəm vəziyyət elan edilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm