Bu gün başlayır: bütün miqrantlar...
Bizi izləyin

ABŞ

Bu gün başlayır: bütün miqrantlar...

ABŞ Miqrasiya və Sərhədi Mühafizə Qurumu (ICE) ölkədə qanunsuz şəkildə yaşayan qaçqınlara qarşı hərəkətə keçib.

Publika.az CNN-ə istinadən xəbər verir ki, təkcə bu gün 2 min qanunsuz miqrantın ifşası üçün basqın həyata keçiriləcək.

Basqınlar Atlanta, Baltimore, Çikaqo, Hyuston, Denver, Los Anceles, Mayami, Nyu York və San Fransiskoda aparılacaq.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri Qurumunun direktor müavini Ken Sukinelli açıqlamasında bildirib ki, basqınların hədəfi sırf qanunsuz əmr almış şəxslərdir. Buna görə də müzakirələr yersizdir.

ABŞ-da qanunsuz şəkildə yaşayanlar evlərinə ərzaq depolayıb küçəyə çıxmamağa çalışır.

Qeyd edək ki, qanunsuz miqrantlara qarşı bu qərar ABŞ prezidenti Donald Tramp tərəfindən verilib. Demokratlar qərara sərt reaksiya vermiş, bundan sonra onun tətbiqi 2 həftə təxirə salınmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm