• USD 1,7000 0,00% EUR 1,8846 -0,16%
    • GBP 2,0621 +0,30% RUB 0,0254 -1,18%

Tramp Türkiyənin S-400-ləri almasından danışdı

  • ABŞ
  • 16 İyul 2019 22:16
  • 793 Baxış
Tramp Türkiyənin S-400-ləri almasından danışdı

ABŞ prezidenti Donald Tramp Rusiyanın Türkiyəyə S-400 zenit-raket komplekslərini satması ilə bağlı vəziyyəti “haqsız” adlandırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin lideri bu haqda hökumətin iclasında bildirib.

O, əvvəlki ölkə başçısı Barak Obamanın zamanında “Patriot” qurğularının Türkiyəyə satılmamasının yanlış qərar olduğunu, bu səbəbdən də türklərin Rusiyaya yönəldiyini deyib.

ABŞ dövlət başçısı, həmçinin iki dövlət arasındakı münasibətlərin gərgin olduğunu, hər şey aydınlığa çıxmadan Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib: “Rusiyadan raket sistemi aldığı üçün NATO üzvü Türkiyəyə qırıcı satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da, hətta bu təyyarələri istehsal edən firma da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR