ABŞ
Türkiyədəki nüvə silahları ÜZƏ ÇIXDI - HƏR KƏS ŞOKDA
Qısa müddət əvvəl yayımlanan “Nüvə hədəfdən yayındırmaqda yeni dövrdürmü? Müasirləşmə, silah nəzarəti və müttəfiq nüvə gücləri” adlı NATO hesabatında ABŞ-ın Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə gizlədilən nüvə silahlarının yeri açıqlanıb.
Publika.az xəbər verir ki, hesabat qısa müddət sonra silinib. Yayımlanan yeni versiyasında nüvə silahlarının yerinin göstərildiyi qismi çıxarılıb.
Hesabata əsasən, 150-ə yaxın silahın Avropada gizlədildiyi məlum olub.
Belçikanın “De Morgen” qəzetinin məlumatına əsasən, bu 150 nüvə silahı Belçikanın “Kleine Brogel”, Türkiyənin “İncirlik”, İtaliyanın “Aviano” və “Ghedi-Torre”, Hollandiyanın “Volkel” bazalarında saxlanılır. Xəbərdə Türkiyədəki dövlət çevrilişinə cəhd və Suriyada qeyri-sabitliyə görə nüvə silahlarının “İncirlik”də saxlanılmasının risk daşıdığı qeyd olunub.
NATO ABŞ-ın Avropadakı nüvə silahlarının yeri ilə bağlı rəsmi açıqlama vermir. Bunu adının açıqlanmaması şərtilə “Vaşinqton Post”a danışan NATO rəsmisi deyib.
Zümrüd
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ