• USD 1,7000 0,00% EUR 1,8943 +0,67%
    • GBP 2,0853 +0,31% RUB 0,0257 -0,78%

Trampdan SON DƏQİQƏ İran açıqlaması: "ABŞ-ın döyüş gəmiləri..." - FOTO

  • ABŞ
  • 20 İyul 2019 10:30
  • 3 326 Baxış
Trampdan SON DƏQİQƏ İran açıqlaması: "ABŞ-ın döyüş gəmiləri..."

“İran sadəcə problem çıxarmaqla məşğuldur”.

Publika.az xəbər verir ki, bunu Ağ Evin bağçasında verdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Tramp deyib.

İranın İngiltərəyə aid neft tankerini Hörmüz boğazında girov götürməsindən danışan ABŞ lideri bildirib ki, məsələni yaxından izləyir və İngiltərə rəsmiləri ilə bu barədə müzakirələr aparacaq.

“ABŞ öz neft qaynaqlarından istifadə edir. Buna görə də o bölgədə çox sayda neft tankeri yoxdur. Bölgədəki ABŞ gəmilərinin çoxlu döyüş məqsədlidir”, - Tramp qeyd edib.

Məsələ ilə bağlı digər bir açıqlama isə Ağ Evdən gəlib. Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Qaret Markus məsələni nəzarətə götürdüklərini, ABŞ-ın İranın təhdidlərinə qarşı müttəfiqləri ilə birgə bölgədə işinə davam edəcəyini yazılı açıqlamasında vurğulayıb.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlayıb. Tankerin saxlanılma səbəbi kimi beynəlxalq qaydaları pozulması göstərilib.

Britaniya hökuməti tankerin saxlanılmasına görə təcili iclas çağırıb.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR