İsti hava altı nəfərin ölümünə səbəb oldu
Bizi izləyin

ABŞ

İsti hava altı nəfərin ölümünə səbəb oldu

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.

Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.

Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.

Daha əvvəl FEMA Federal Təcili Yardım Agentliyi xəbərdarlıq edib ki, ABŞ sakinlərinin təxminən yarısı anormal isti hava şəraitinin yayıldığı ərazisindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm